21:48 - 2.04.2020
2 aprel, Fineko/abc.az. Bildiyiniz kimi aprelin 5-dən Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılır. Vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.
ABC.AZ xəbər verir ki, SMS-lə məlumat göndərməyin detallarını Prezident yanında Vətəndaşlara Sosial Xidmət və İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyev Aztv-də çıxışı zamanı izah edib.
O qeyd edib ki, SMS pulsuz olacaq və hər icazə 2 saatlıq nəzərdə tutulub. Onun sözlərinə görə, sistemə bilərəkdən yanlış məlumatlar verənlər, başqa məzmunlu mesajlar göndərilərsə, sui-istifadə halları müəyyən edilərsə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək və bu, karantin rejimi qaydalarının pozulması kimi dəyərləndirilir və aidiyyatı üzrə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaq hallardır.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026