15:21 - 19.03.2020
19 mart, Fineko/abc.az. Martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır.
ABC.AZ xəbər verir ki, Novruz tətili 20-28 mart tarixlərini əhatə edir. Belə ki, Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı qərarla 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.
Beləliklə, bu il 20-28 mart tarixləri qeyri-iş günləridir. Növbəti iş günü martın 29-dur.
Qeyd edək ki, Azərbaycanda martın 20-si və 21-i Novruz bayramıdır.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026