İtaliyadakı Azərbaycan vətəndaşları Bakıya gətirilir - Bu gündən

11:12 - 17.03.2020


17 mart, Fineko/abc.az. İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, belə bir açıqlamanı ilə Azərbaycanın İtaliyadakı səfirliyi yayıb.

Açıqlamada qeyd olunub ki, səfirlik vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.

Müəllif: Elmir Murad