AMB depozit hərracında 100 milyon manat cəlb edib

12:16 - 16.03.2020


16 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 100 mln. manat cəlb edib.

“AMB martın 16-da növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 255,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.     

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.         

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.