Qızıl 4 dollar bahalaşdı - Birja

10:00 - 11.03.2020


11 mart, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,00 dollar bahalaşaraq 1 664,30 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,13 dollar artaraq 17,08 dollara satılıb.