10:13 - 5.03.2020
5 mart, Fineko/abc.az. Martın 4-də Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası və aparıcı kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib.
Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, ölkənin əsas bankı tərəfindən bütün banklara, xüsusən aparıcı banklara biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verilib.
Müzakirələrdə biznes kreditlərinin təşviqi istiqamətində tətbiq edilən prudensial tənzimləmə tələblərinin təsiri də qiymətləndirilib. Görüşdə istehlak kreditlərinin optimallaşdırılması üzrə görülən tədbirlər də geniş müzakirə olunub. Bildirilib ki, bütövlükdə istehlak kreditlərinin artım tempini tənzimləmək üçün yeni requlyativ normalar qəbul edilib.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026