12:16 - 3.03.2020
3 mart, Fineko/abc.az. Maliyyə naziri Samir Şərifov Vaşinqtona səfər edib.
Maliyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, nazir Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin rəhbəri Cihad Azur, həmçinin Dünya Bankının vitse-prezidenti Siril Müller ilə görüşüb. Görüşdə gələcək əməkdaşlıq planları barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində S.Şərifov ABŞ-ın dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini və Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ABŞ tərəfindən həmsədri Peter Xaas ilə də görüşüb. Görüşdə Hökumətlərarası Komissiyanın növbəti iclasının 2020-ci ilin payızda Vaşinqtonda keçirilməsi və iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026