11:28 - 7.02.2020
7 fevral, Fineko/abc.az. Fevralın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev mətbuat konfransı keçirib.
ABC.AZ xəbər verir ki, nazir mətbuat konfransında bir sıra məsələlərə, o cümlədən ünvanlı sosial yardıma toxunub.
S.Babayev bildirib ki, sosial yardım üçün müraciət forması sadələşəcək. Onun sözlərinə görə, bəzən sosial müdafiəyə ehtiyacı olanlar elektron müraciəti doldurmaqda çətinlik çəkirlər, bu prosesi sadələşdirəcəyik: “Müraciətlər nazirliyin yerli şöbələrində də qəbul ediləcək, burada onlara kömək masaları yaradılacaq
Paralel olaraq sosial yardım üçün müraciət edənlər, onların şəraiti daha ciddi yoxlanacaq. Yoxlama zamanı audio-video manitorinq imkanlarından da istifadə ediləcək ki, hər hansı neqativ sövdələşmələrin qarşısı alınsın”.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026