16:47 - 4.02.2020
4 fevral, Fineko/abc.az. Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün Abşeron rayonu ərazisində zəruri sosial-texniki infrastrukturu olan 1008 ailəlik yeni yaşayış məhəlləsi tikiləcək.
ABC.AZ xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) artıq sözügedən tikintini aparacaq şirkətin adını da açıqlayıb. Belə ki, Fond Abşeron rayonunda yaşayış kompleksinin layihələndirilməsini “Arxin-M Ltd” MMC şirkətinə tapşırıb.
Qeyd edək ki, Fond və Şirkət arasında bağlanılmış müqavilənin məbləği 528 min 11 manatdır.
Müəllif: Elmir Murad
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026