16:01 - 3.02.2020
3 fevral, Fineko/abc.az. Ötən il şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 214,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3% az vəsait yönəldilib.
ABC.AZ Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 47,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Belə ki, 2019-cu ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2%-i tikinti, yenidənqurma və genişləndirmə, 7,9%-i əsaslı təmir, 4,7%-i cari təmir, 19,2%-i isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 81,2%-i qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Ötən il Bakı üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri:
| Cəmi, min manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
|
| Bakı şəhəri – cəmi | 7 347 825,1 | 110,8 |
| o cümlədən rayonlar: | ||
| Binəqədi | 788 189,4 | 125,6 |
| Xətai | 954 857,6 | 92,3 |
| Xəzər | 26 781,5 | 31,3 |
| Qaradağ | 377 456,7 | 130,0 |
| Nərimanov | 909 801,0 | 110,8 |
| Nəsimi | 1 611 570,8 | 104,1 |
| Nizami | 239 466,0 | 65,8 |
| Sabunçu | 649 608,5 | 4,4 d. |
| Səbail | 793 036,2 | 113,6 |
| Suraxanı | 174 041,9 | 127,9 |
| Yasamal | 823 015,5 | 93,5 |
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026