Azərsu –nun rəhbər şəxsləri bölgələrdə vətəndaş qəbul keçiriblər

15:20 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.

“Azərsu” ASC-dən verilən məlumata görə yanvarın 29-da “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Tərtər, yanvarın 30-da isə sədr müavini Köçərli Həsənov Ağdam rayonunun sakinləri ilə görüşüb.

Qəbullarda Tərtər və Ağdam rayonlarından olan 39 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.