12:03 - 31.01.2020
31 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycandakı sığorta sektorunun sağlamlaşdırılmasına münasibət bildirib.
Baş bankir qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı Dünya Bankı ilə birlikdə sığorta sektorunda qiymətləndirmə işləri aparacaq.
ABC.AZ xəbər verir ki, E. Rüstəmov bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair ənənəvi mətbuat konfransında bildirib.
Ölkənin baş bankiri sığorta sektorunda aparılacaq işlərdə əsas məqsədlərini də açıqlayıb: “Əsas məqsəd sığorta sektorundakı boşluqları doldurmaq, sığorta bazarını daha da inkişaf etdirməkdir”.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026