11:19 - 28.01.2020
28 yanvar, Fineko/abc.az. Yanvarın 30-da isə “Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu”nun növbəti iclası və biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.
ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, dəyirmi masa ilə yanaşı yanvarın 31-də Kiyevdə Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək.
İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.
Komissiyanın iclası çərçivəsində yanvarın 29-da Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, eləcə də bir sıra qurumlar və işgüzar dairələrin nümayəndələrindən ibarət heyət Odessada bir sıra infrastruktur obyektlərinə baş çəkəcək.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026