11:22 - 30.12.2019
30 dekabr, Fineko/abc.az. Mərkəzi Bankda 2019-cu ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş və uçot dərəcəsinin mərhələlərlə 9.75%-dən 7.5%-ə endirilməsi barədə qərar qəbul edilib. Ümumilikdə, 2018-ci ilin əvvəlindən bəri uçot dərəcəsi 2 dəfə azaldılıb.
ABC.AZ Mərkəzi Bankın yaydığı bəyanata istinadən xəbər verir ki, pul təklifinin genişlənməsi də monetar şəraitin neytrala yaxınlaşdırılmasında mühüm rol oynayıb. Manatla pul bazası ilin əvvəlindən 23%-ə qədər artıb. Manatla geniş pul kütləsinin (M2 pul aqreqatı) artımı isə 11 ayda 13.8% təşkil edib.
Monetar şəraitin yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərməkdədir. Ümumilikdə, 2018-ci ilin əvvəlindən bəri manatla cəlb edilmiş yeni əmanətlər üzrə orta faizlər 2.9 faiz bəndi, manatla yeni kreditlər üzrə orta faizlər isə 3.4 faiz bəndi azalıb. Dövlət qiymətli kağızları bazarında faizlər də Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel dəyişir.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026