“Rabitəbank” kredit faizlərini endirdi – Mərkəzi Bankın tələbindən sonra

12:20 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. “Rabitəbank” ASC ilk dəfə olaraq Mikro kreditlərinin faizini endirməli olub.

Bunu ABC.AZ-a bankın mətbuat xidmətindən bildiriblər.

Bank bu addımı Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair qərarından sonra atıb. Endirimə əsasən, bu günə qədər illik 24% minimum faiz dərəcəsi müəyyən olunurdusa, bundan sonra  22% dərəcəsi müəyyən olunacaq. Belə ki, bankın ilin ortalarında faiz dərəcələri 12 ay – 25%, 18 ay -26 %, 24 ay- 26%, 36 ay – 27% idi.

Qeyd edək ki, hazırda maksimum illik faiz dərəcəsi isə 26%-dir.

Müəllif: Elmir Murad