15:54 - 20.12.2019
20 dekabr, Fineko/abc.az. Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov, Sarayevo, Qaçaq Nəbi, Seyid Əzim Şirvani küçələrində, Babək prospekti və Məhəmməd Hadi küçəsinin bir hissəsində, həmçinin Neapol dairəsi ərazisində yaşayan sakinlərin içməli su təchizatının yaxşılaşdırmaq məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb.
Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat veirlib.
Bildirilir ki, layihə çərçivəsində adıçəkilən küçələrdə 1000 mm diametrli borularla 3 km uzunluğunda yeni magistral su kəmərinin tikintisi həyata keçirilir. Tikinti-quraşdırma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Bununla da, Məzahir Rüstəmov, Sarayevo, Qaçaq Nəbi, Seyid Əzim Şirvani, Məhəmməd Hadi küçələrində, həmçinin Babək prospekti və Neapol dairəsi ərazisində yaşayan sakinlərin dayanıqlı su təchizatı təmin olunacaq.
Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra ərazidəki yol infrastrukturu da yenidən qurulacaq.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026