15:11 - 12.12.2019
12 dekabr, Fineko/abc.az. ABŞ Mərkəzi Bankı (Fed) faiz dərəcələri üçün iclas keçirib.
ABC.AZ xəbər verir ki, təşkilatın 2019-cu il üçün son iclasında proqnozlaşdırıldığı kimi faizlər dəyişilməyərək, 1,50%-1,75% aralığında sabit saxlanılıb. Fed-in açıqlamasında "qeyri-müəyənliklər" ifadəsini mətndən çıxartdığını və 2020-ci ildə faizin mövcud səviyyələrdə qalacağına işarə edib.
Qeyd edək ki, ekspertlər Fed-in gələcək 1-2 il ərzində gözləmədə qala biləcəyini, ancaq hər hansı bir mənfilik olması vəziyyətində iqtisadiyyata lazımlı dəstəyin veriləcəyini söyləyirlər.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026