10:11 - 10.12.2019
10 dekabr, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri çərşənbə axşamı azalmağa davam edir.
Dekabrın 9-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,14 (0,22%) azalaraq bağlanışda $64,25 təşkil edib. Onun qiyməti saat 9:20-də $0,15 (0,23%) enərək bir barelə $64,10 təşkil etmişdir.
NYMEX birjasında dekabrın 9-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,18 (0,30%) azalaraq bir barelə $59,02 təşkil etmişdir. Onun qiyməti saat 9:20-də $0,15 (0,25%) enərək bir barelə $58,87 təşkil etmişdir.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026