10:20 - 27.11.2019
27 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,47 (0,69%) artaraq bir barelə $68,20 təşkil edib.
Neftin qiymətləri, ötən günkü artmadan sonra çərşənbə günü ticarəti gedişatında enir.
Noyabrın 26-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,62 (0,97%) artaraq bir barelə $64,27 təşkil etmişdir.
Brent markalı neftin yanvar fyuçersi saat 9:20-də $0,12 (0,19%) azalaraq bir barelə $64,15 təşkil edib.
NYMEX birjasında noyabrın 26-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,40 (0,69%) artaraq bir barelə $58,41 təşkil etmişdir.
WTI markalı neftin yanvar fyuçersi saat 9:20-də $0,12 (0,21%) azalaraq bir barelə $58,29 təşkil etmişdir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026