16:57 - 4.11.2019
4 noyabr, Fineko/abc.az. İnkişaf etməkdə olan “ALCOPOİNT” mağazalar şəbəkəsi öz loyallıq proqramını işə salıb.
ABC.AZ-a “ALCOPOİNT” - dən bildirdilər ki, müştərilər üçün xidmətlərin təkmilləşdirilməsi və onlarla daimi dialoqun təmin edilməsi məqsədi ilə "ALCOPOİNT" iOS və Android-də Wallet proqramında saxlanılan 3 növ elektron loyallıq kartı buraxmışdır.
"ELİTE" loyallıq kartının sahibləri kartın statusunu "ELİTE+" və "VİP" səviyyələrinə qaldırmaq imkanına malikdirlər.
Kart sahiblərinə kassada ştrixkod təqdim etmək kifayətdir ki, mövcud olan bonusları əldə etsin və ya alınmış mal üçün pulunu ödəsin. Loyallıq proqramı kart sahiblərinə 12% - ə qədər keşbek almağa, endirimlərlə, qapalı satışlar, hədiyyələr və digər imtiyazlarla aksiyalarda iştirak etməyə imkan verəcək.
Alıcılar şəbəkənin bütün mağazalarında alış-veriş zamanı bonusları toplaya və fərdi bonuslar əldə edə biləcəklər.
"ALCOPOİNT", avtomatik seqmentasiyası sayəsində alıcıların fəallığı və alış-veriş məbləğindən asılı olaraq onlara fərdi təkliflər edə və bununla da brendə olan loyallığı artıra bilər.
"ELİTE" elektron kartını əldə etmək çox asandır, bunun üçün sadəcə növbəti linkə keçmək https://akrk.info/alcopoint və QR-kodu skan etmək lazımdır.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026