16:47 - 28.10.2019
28 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrıldı.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026