Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri AÇIQLANIB

15:18 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin sentyabr ayı üzrə bank sektorunun icmal göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, 30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyon 363 min manat, cəmi öhdəlikləri isə 26 milyon 674 min manat təşkil edib. Sektorun balans kapitalı 4 milyon 688 min manat olub. Aktivlərə gəlincə, sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% (1.2 mlrd. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 milyon 872 min manat təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.

Müəllif: Elmir Murad