Qızıl cüzi ucuzlaşdı

10:18 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri məlum olub.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,10 dollar ucuzlaşaraq 1 488,00 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,02 dollar azalaraq 17,59 dollara satılıb.