11:28 - 18.10.2019
18 oktyabr, Fineko/abc.az. “Rabitəbank” ASC-nin idarəetmə orqanının tərkibində dəyişikliklərin həyata keçiriləcəyi gözlənilir. ABC.AZ xəbər verir ki, sözügedən məsələ barədə qərar dekabrın 10-u bankın səhmdarlarının yığıncağında verilə bilər. Səhmdarların növbəti ümumi iclası bankın müşahidə şurasının 14 oktyabr 2019-cu il tarixli 119 nömrəli qərarına əsasən keçiriləcək.
Yığıncağın gündəliyinə bankın 2020-ci maliyyə ili üçün tərtib edilmiş büdcə proqnozlarının təsdiqi, idarəetmə orqanlarının tərkibində dəyişikliyin edilməsi və cari məsələlər daxildir.
Qeyd edək ki, iclas qeyd olunan tarixdə saat 17.00-da bankın Bakı şəhəri, 28 may küçəsi 33 ünvanbında baş tutacaq.
Müəllif: Elmir Murad
17 Avqust 2026