13:22 - 4.10.2019
4 oktyabr, Fineko/abc.az. Hazırda bankımızın bazarda 160 min plastik kartı, 62 bankomat və 956 pos terminalı mövcuddur.
ABC.AZ xəbər verir ki, bunu "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf" mövzusuna həsr olunmuş 6-cı İnvestorlar Yarmarkasında "Bank Respublika" ASC-nin Aqro və mikrokreditlər Departamnetinin direktoru Tural Səlimov deyib.
O qeyd edib ki, təmsil etdiyi bank xidmətin bütün sektorlarında var. T. Səlimov banklarının maliyyələşdirdiyi sahələri də açıqlayıb: "Kənd təsərrüfatı, Xidmət, ticarət, nəqliyyat, tikinti sahələrini maliyyələşdiririk. Müşətərilərimiz isə hüquqi şəxslər, fərdi sahibkarlar və fiziki şəxslərdir. Ümumi müştəri sayımız 500 min, əməkdaşlarımız isə 970 nəfərdir".
Müəllif: Elmir Murad
18 Avqust 2026