Azərbaycanda bank sektorunda işləyənlərin sayı açıqlanıb – Yenə artım var

10:50 - 1.10.2019


1 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 2019-cu ilin avqust ayı üzrə bankların icmal göstəricilərində məlumat verilib.

Hesabata əsasən, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 129, ATM-lərin sayı   2,588 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım avqust ayında da davam edib. Belə ki, 2019-cu ilin avqust ayında işçi sayı 1.5% (277 nəfər) artaraq 18,711  nəfər təşkil edib.

 

Müəllif: Elmir Murad