16:24 - 12.09.2019
12 sentyabr, Fineko/abc.az. Sentyabrın 13-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu” ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə Abc.az saytına BFB məlumat verib.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Bildirilir ki, emissiyanın həcmi 30 milyon manat, nominal qiyməti 1000 və hərrac qiyməti 1004,4167 manat, faiz dərəcəsi 3 %, istiqrazların tədavül müddəti 23 il, faiz gəlirinin ödəniş müddəti 180 gündür. BTB-Kapital İŞ ASC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.