14:49 - 14.08.2019
14 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu ilin son yeddi ayı ərzində ölkədən 611 min 313 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 306 milyon 725 min dollar olub.
Qeyd edək ki, 2018-ci ilin eyni dörvründə ölkədən 636 min 572 ton neft məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri 334 milyon 6 min dollar təşkil etmişdi.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026