10:17 - 14.08.2019
14 avqust, Fineko/abc.az. “Azəriqaz” İB-dən bildirilir ki, bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.
Bu müddət ərzində Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.
Həmçinin qeyd olunur ki, saat 10:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026