10:05 - 14.08.2019
14 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti $2,78 (4,53%) artıb və bir barelə 64,09 dollar təşkil edib.
Öncəki sessiyanın nəticələrindən sonra müçahidə olunan kəskin yüksəlişdən sonra neftin qiymətləri çərşənbə günü azalmaqdadır.
Avqustun 13-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $2,73 (4,66%) artaraq bir barelə $61,30 təşkil etmişdir. Çərşənbə günü “Brent”in qiyməti saat 9:25-də $0,65 (1,06%) azalaraq $60,65 /barelə təşkil edib.
NYMEX birjasında avqustun 13-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi $2,17 (4%) artaraq bir barelə $57,10 təşkil etmişdir. Onun qiyməti çərşənbə günü saat 9:25-də $0,78 (1,37%) enərək $56,32 / barelə təşkil etmişdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026