10:13 - 7.08.2019
7 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti 0,63 dollar (1%) azalıb və bir barelə 62,32 dollar təşkil edib.
Çərşənbə günü keçirilən ticarətdə neftin etalon markalarının qiymətləri, qlobal iqtisadi proqnozun qeyri-müəyyənliyi fonunda dünyada yanacağa olan tələbatın azalması gözləntisi ilə, azalmaqda davam edir.
Avqustun 6-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi 0,87 dollar (1,46%) ucuzlaşaraq bir barelə 58,94 dollar təşkil etmişdir. Çərşənbə günü “Brent”in qiyməti saat 9:30-da 0,03 dollar (0,05%) azalaraq 58,91 dollar /barelə təşkil edib.
NYMEX birjasında avqustun 6-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 1,06 dollar (1,94%) düşərək bir barelə $53,63 təşkil etmişdir. Onun qiyməti çərşənbə günü saat 9:30-da 0,01 dollar (0,02%) azalıb və 53,62 dollar / barelə təşkil etmişdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026