10:48 - 5.08.2019
5 avqust, Fineko/abc.az. Azərbaycanın Azeri Light markalı nefti $1,35 (2%) düşərək bir barelə $64,74 təşkil edib.
Keçən həftənin cümə günü qeyd edilən artımdan sonra bazar ertəsi günü keçirilən ticarət zamanı neftin qiymətləri yenidən düşdü.
Avqustun 2-də ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $1,39 (2,3%) bahalaşaraq bir barelə $61,89 çatıb.
Bazar ertəsi günü saat 9:20-də Brent neftinin oktyabr fyuçersi $0,72 (1,16%) enərək bir barelə $61,17 təşkil edib.
Avqustun 2-də keçirilən ticarət nəticəsində NYMEX birjasında WTI neftinin sentyabr fyuçersi $1,71 (3,17%) düşərək bir barelə $55,66 təşkil edib.
Bazar ertəsi günü saat 9:20-də WTI markalı neftin sentyabr fyuçersi $0,63 (1,13%) enərək bir barelə $55,03 təşkil edib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026