10:13 - 26.07.2019
26 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 0,23 (0,35%) enib və bir barelə 66,27 dollar təşkil edib.
İyulun 25-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,21 dollar (0,33%) bahalaşaraq bir barelə 63,39 dollar təşkil etmişdir.
Cümə günü “Brent” markalı neftin sentyabr fyuçersi saat 9:25-də 0,06 dollar (0,09%) bahalaşaraq 63,45 dollar /barelə təşkil edib.
NYMEX birjasında iyulun 25-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 0,14 dollar (0,25%) yüksələrək bir barelə $56,02 təşkil etmişdir.
“WTI” markalı neftin sentyabr fyuçersi cümə günü saat 9:25-də 0,19 dollar (0,34%) yüksələrək 56,21 dollar / barelə təşkil etmişdir.