17:32 - 10.07.2019
10 iyul, Fineko/abc.az. İyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə Rövnəq Abdullayev İTOCHU ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışmış, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirmişdir.
O həmçinin, Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs etmiş, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirib.
SOCAR-da olmaqdan məmnunluğunu ifadə edən İTOCHU-nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Xatırladaq ki, Yaponiyanın “İtochu” şirkəti “Əsrin kontraktı” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026