10:08 - 8.07.2019
8 iyul, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı nefti 0,57 (0,87%) bahalaşıb və bir barelə 66,03 dollar təşkil edib.
Cümə günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,93 dollar (1,47%) yüksələrək bir barelə 64,23 dollar təşkil etmişdir.
Bazar ertəsi günü Brent neftinin sentyabr fyuçersi saat 9:15-də 0,01 dollar (0,02%) bahalaşaraq 64,24 dollar /barel təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 5-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,17 dollar (0,03%) qalxaraq bir barelə $57,51 təşkil etmişdir.
“WTI” markalı neftin avqust fyuçersi cümə günü saat 9:15-də 0,01 dollar (0,02%) qalxaraq 57,52 dollar / barelə təşkil etmişdir.
4 Avqust 2026
4 Avqust 2026