14:44 - 2.07.2019
2 iyul, Fineko/abc.az. OPEC, OPEC+ sazişinin 9 ay müddətinə uzadılmasını təsdiqlədi və uzunmüddətli əməkdaşlıq xartiyasını razılaşdırdı.
İraqın neft naziri Əmir Qabdan bildirib ki, OPEC, neft hasilatının azaldılması ilə bağlı sazişin uzadılmasını daha 9 ay müddətinə təsdiqləyib və OPEC+ - in əməkdaşlıq haqqında uzunmüddətli xartiyanı təsdiqləyib.
OPEC-in məlumatına görə, iclasda hasilatın azaldılması üzrə razılaşmalar 1 iyul 2019-cu il tarixindən 31 mart 2020-ci il tarixinədək uzadılır.
Öz növbəsində, qeyri-OPEC ölkələri də əməkdaşlıq haqqında uzunmüddətli xartiyanı təsdiqlədi və əməliyyatın 9 ay müddətinə uzadılmasına qoşuldular.
Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, OPEC-ə daxil olmayan neft hasil edən ölkələr əməkdaşlıq haqqında uzunmüddətli xartiyanı bəyəniblər.
Səudiyyə Ərəbistanı energetika nazirliyinin rəhbəri Xalid əl Falih bildirib ki, qeyri-OPEC ölkələri sazişin 9 ay uzadılması qərarına qoşulublar.
Həmçini, OPEC-in növbəti iclasının dekabrın 5-də Vyanada keçiriləcəyi qərara alınıb.
4 Avqust 2026
4 Avqust 2026