15:03 - 28.06.2019
28 iyun, Fineko/abc.az. "2018-ci sığorta şirkətləri tərəfindən 728 mln. manatlıq sığorta haqları toplanıb və bu, hələ Azərbaycanın ÜDM-nin 1%-nə çatmır".
Bunu bu gün "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən Beynəlxalq Sığorta Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında açıqlayıb.
O, bildirib ki, 2020-ci ildən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunması nəticəsində ilk dəfə olaraq sığorta haqlarının həcmi ÜDM-in 1%-ni keçəcək: "İlk dəfə olaraq Azərbaycanda sığorta haqları 1 mlrd. manatdan çox olacaq".
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026