10:25 - 20.06.2019
20 iyun, Fineko/abc.az. 20–30 iyun 2019-cu il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İB tərəfindən Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.
Kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlər tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmətlərindən istifadə edə biləcək.
Məlumatda qeyd edilir ki, vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026