10:37 - 13.06.2019
13 iyun, Fineko/abc.az. Abşeron kurortları Bakıda yay istirahəti üçün MDB-nin ən yaxşı kurortlareın beşliyinə daxil olub.
“TurStat” Turizm analitik agentliyinin məlumatına görə, vizasız daxil olma, rus dilini bilən yerli sakinlərin qonaqpərvərliyi, ucuz istirahət, dadlı yerli yeməklər və meyvələr MDB-də yay istirahətinin əsas üstünlükləridir.
"Qazaxıstanda Burabay kurortu, Qırğızıstanda İssık-Kul gölü, Belarusda Naroç gölü, Xəzər dənizinin sahilində Abşeronun kurortları və Ermənistanda Sevan gölü MDB ölkələrinin yay istirahəti üçün populyar olan kurortların beşliyini təşkil edir", - deyə məlumatda bildirilir.
Turstatın məlumatına görə, Rusiya turistləri MDB kurortlarına yayda bir və ya iki həftəyə gəlirlər, onların turizm istirahət büdcəsi isə sutkada 50 dollardan 110 dollara qədər dəyişir.
"İssık-Kulda istirahət etmək daha ucuzdur, ən bahalı istirahət isə Bakının kurortlarındadır", - deyə məlumatda deyilir.
Reytinq Rusiya turistləri tərəfindən kurortların ziyarətinin təhlili və kurort infrastrukturunun inkişafı əsasında tərtib edilmişdir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026