11:21 - 17.05.2019
17 may, Fineko/abc.az. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov mayın 19-da Ciddədə keçiriləcək OPEC+ Nazirlər Monitorinq Komitəsinin 14-cü iclasında iştirak edəcək.
Nazirliyin məlumatına görə, səfər zamanı ikitərəfli görüşlər gözlənilir.
İclas, Səudiyyə Ərəbistanı Energetika naziri Xalid Əl-Faleh və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın sədrliyi ilə keçiriləcək.
OPEC+-nin sonuncu monitorinq iclası martın 18-də Bakıda keçirilib. Həmin iclasda nazirlər, 2019-cu ilin ikinci yarısında hasilatın azalmasına dair razılaşmanın uzadılması məsələsini müzakirə etmiş və qərarı, 2019-cu ilin iyun ayında Vyanada keçiriləcək nazirlər toplantısına qədər təxirə salmağı planlaşdırdılar. 2019-cu ilin aprel ayında tam nazirlər iclasından imtina etmək qərar alındı.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026