11:11 - 16.05.2019
16 may, Fineko/abc.az. 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycandan neft məhsullarının ixracı 178,474 milyon dollar dəyərində 359,965 ton təşkil edib.
Dövlət Gömrük Komitəsi bildirir ki, 2018-ci ilin yanvar-aprel aylarında neft məhsullarının ixracının bəyan edilmiş həcmi 181,785 milyon dollara 368,926 ton təşkil edib.
Beləliklə, 2019-cu ilin yanvar-aprel aylarında 2018-ci ilin analoji dövrü ilə müqayisədə ixrac miqdarı 2,4%, qiymətlərlə 1,8% azalıb.
Bütün 2018-ci il ərzində neft məhsullarının ixracı 520,6 milyon dollar dəyərində 1,015,118 ton təşkil edib.
4 Avqust 2026
4 Avqust 2026