15:27 - 13.05.2019
13 may, Fineko/abc.az. “Azərsu” ASC Tədbirlər Planına uyğun olaraq Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.
Suraxanı rayonunda icra olunan layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivində içməli su təchizatı sistemlərinin yaradılmasına və yenidən qurulmasına qərar verilib.
Yeni yaradılan su şəbəkələrində abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.
Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq.
İcra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaqdır.