11:19 - 29.11.2017
29 noyabr, Fineko/abc.az. “Holcim Azerbaijan” (Qaradağ sement zavodu) şirkətində rəhbərlik dəyişildi.
Şirkətdən verilən məlumata görə, “Holcim Azerbaijan”ın baş direktor vəzifəsinə Frederik Gimbal təyin olunub.
“Frederik Gimbal baş direktor vəzifəsinin icrasına 2017-ci ilin oktyabr ayında başlamışdır”, - məlumatda belə deyilir.
“Holcim Azerbaijan” zavodunun istehsal gücü ildə 1,7 milyon ton sement təşkil edir. “Holcim Azerbaijan” zavodunun payına sement bazarının 40%-i düşür. Bazarın ümumi həcmi isə 4 milyon ton sement təşkil edir.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026