15:25 - 18.04.2019
18 aprel, Fineko/abc.az. 2019-cu ilin sonuna qədər Azərbaycanın ödəniş bazarında “Mir” kartları tətbiq oluna bilər.
“RİA Novosti” agentliyinin məlumatına görə, bu barədə Milli Ödəniş Kartları Sistemi (MÖKS) rəhbəri Vladimir Komlev bildirib.
“MÖKS “Mir” kartının MDB ölkələrində və Rusiya turistləri arasında məşhur olan digər ölkələrdə qəbul edilməsi üzərində aktiv şəkildə işləyir. 2019-cu ilin sonuna qədər planlarımıza "Mir" kartları artıq yeddi deyil, on iki ölkədə qəbul edilməlidir. Əlbəttə ki, bu, Özbəkistan, Tacikistan, Azərbaycan və Bolqarıstandır”, - Vladimir Komlev belə deyir.
18 Avqust 2026
17 Avqust 2026