17:27 - 12.04.2019
12 aprel, Fineko/abc.az. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan Əmək Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1,276 milyard manat təşkil edib.
Fonddan bildirildiyi kimi, keçən ilin eyni dövründəki gəlirlər 27,7% artmışdır.
“Hesabat dövründə icbari sosial ödənişlər üzrə daxilolmalar 573,5 milyon manat təşkil edib ki, bu da ötən ilin birinci rübündə qeyd edilən göstəricidən 12,9% çoxdur. Eyni zamanda, özəl sektorun gəlirlərindən 64% və ya 367.1 milyon manat gəlir əldə edilib”, - deyə Fonddan bildirilib.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026