13:14 - 18.03.2019
18 mart, Fineko/abc.az. Bu gün Bakıda OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir.
Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan dünya enerji bazarının sabitliyini təmin etmək üçün tədbirləri davam etdirəcəkdir.
“OPEC + çərçivəsində əməkdaşlıq nəticəsində qlobal bazarda müsbət tendesiyalar müşahidə olununmuşdur”, - deyən nazir Bakıda görüşün keçirilməsinin vacibliyini vurğulamışdır.
Onun sözlərinə görə, Azərbaycan dünya bazarına böyük həcmdə tədarük etməsə də, regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
4 Avqust 2026
4 Avqust 2026