Bu gün Bakının Nərimanov rayonunun bir hissəsində su olmayacaq

10:38 - 5.03.2019


5 mart, Fineko/abc.az. Milli su operatoru “Azərsu” ASC su təchizatında kəsintilər barədə xəbərdarlıq edir.

Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, bu gün Bakının Nərimanov rayonunda içməli su təchizatı ilə bağlı məhdudiyyətlər olacaq.

“Suyun verilməsində məhdudiyyətlərin səbəbi, Bakı şəhəri Nərimanov rayonu Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır”, - deyə məlumatda bildirilir.