15:54 - 23.11.2017
23 noyabr, Fineko/abc.az. Bakının “qara” valyuta bazarında rublun qiyməti bu gün aşağı düşdü.
Noyabrın 23-də dolların alış qiyməti dəyişməz olaraq 1,6950 manat səviyyəsində olub, satış qiyməti isə 1,7000 manat təşkil edib. Avronun alışı 1,99 manatdan 1,97-1,98 manata düşüb, satışı isə 2,00 manat təşkil edir.
Rublun alışı 0,0280 manat olaraq qalsa da, satışı 0,0284 manatdan 0,0281 manata, yəni 1,4% düşüb.
23 noyabr üzrə Azərbaycan Mərkəzi Bankı avro məzənnəsinin 2,0123 AZN/1 EUR, dollar məzənnəsinin 1,7002 AZN, rubl məzənnəsinin 0,0291 AZN, lirə məzənnəsinin isə 0,4329 AZN təşkil etdiyini bildirib.