12:49 - 7.02.2019
7 fevral, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Dünya Bankının (DB) rəhbəri vəzifəsinə ABŞ-ın Beynəlxalq İşlər üzrə Maliyyə nazirinin müavini Devid Melpasın namizədliyini irəli sürdü.
Amerika lideri Ağ Evdə namizəd, jurnalistlər və kabinet üzvlərinin iştirakı ilə müvafiq bəyanatla çıxış etdi.
Melpas, 2017-ci il sentyabr ayından etibarən ABŞ Maliyyə Nazirliyində indiki vəzifəsində çalışıb. O, öz mühafizəkar fikirləri ilə tanınır. Məsələn, Melpas daha öncə “Dünya Bankı kimi beynəlxalq təşkilatların sayı artmış və çox bezdirici, onları yenidən yönləndirmək məsələsi isə aktual və daha çətin olub” ifadəsini səsləndirmişdi.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026