09:59 - 5.02.2019
5 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,28 dollar (0,42%) yüksəlib.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,98 dollar təşkil edir.
4 fevral tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətin sessiyası nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,70 dollar (1,27%) enərək bir barelə 54,56 dollar təşkil etmişdir.
Həmin vaxt “WTI” 0,28 dollar (0,51%), yəni bir barelə 54,84 dollara qədər yüksəlmişdir.
Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti 0,24 dollar (0,38%) enərək bir barelə 62,51 dollar təşkil etmişdi.
Saat 9:15-də aprel ayının fyuçers qiyməti saat 0,27 dollar (0,43%) yüksələrək bir barelə 62,78 dollar təşkil etmişdir.